Hər il olduğu kimi bu il
də əməkdaşlıq etdiyimiz SOCAR Polymerin rəhbərliyi bu Qurban bayramı ərəfəsində
də qeydiyyatımızda olan ahıllarımızı unutmamış, bayram sovqatları və Qurban
payı ilə onları sevindirmişlər. Tədbirdə SOCAR Polymerin İctimaiyyətlə əlaqələr
şöbəsinin kiçik mütəxəssisi Aygün Musayeva da iştirak edib. AzQAC-ın Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət
Məhərrəmova SOCAR Polymerin əməkdaşı Aygün Musayevanı salamlamış, bayramlarda
bölmə qeydiyyatında olan ahıllara göstərdikləri diqqət və qayğı üçün MMC-nin
rəhbərliyinə öz təşəkkürlərini bildirmişdi. Aygün xanım da SOCAR Polymerin
rəhbərliyi adından ahılları bayram münasibəti ilə təbrik edərək, xoş arzularını
bildirib. Bayram sovqatları və qurban əti alan ahıllar da öz növbələrində
xeyriyyəci təşkilat nümayəndələrinə, QAC-ın
Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını
bildirərək, xeyir-dua veriblər. Daha sonra yataq xəstələri evlərində ziyarət
olunaraq, bayram sovqatları və Qurban əti ilə təmin edilib. Bayram sovqatlarının
paylanılmasında bölmə könüllüləri fəal
iştirak ediblər. Tədbirin sonunda könüllülərlə birgə xatirə şəkilləri çəkilib.
Ümumilikdə 100 ehtiyaclı ailəyə sovqatlar
paylanılıb.