Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibi İslam Ölkələri Qızıl Aypara Cəmiyyətləri və İslam Əməkdaşlıq Təşkilatının Hökumət nümayəndələrinin Səudiyyə Ərəbistanda keçirilən görüşündə təmsil edib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibi İslam Ölkələri Qızıl Aypara Cəmiyyətləri və İslam Əməkdaşlıq Təşkilatının Hökumət nümayəndələrinin Səudiyyə Ərəbistanda keçirilən görüşündə təmsil edib
 The Executive Secretary of the Azerbaijan Red Crescent Society participated in a meeting of representatives from Red Crescent Societies of Islamic countries and members of the Organisation of Islamic Cooperation in Jeddah, Saudi Arabia, from 22nd to 26th July 2023.

İslam Ölkələri Qızıl Aypara Cəmiyyətləri və İslam Əməkdaşlıq Təşkilatının Hökumət nümayəndələrinin Səudiyyə Ərəbistanı, Ciddəh şəhərində, 22-26 iyul 2023-cü il tarixlərində keçirilən görüşündə Azərbaycan Qızıl  Aypara  Cəmiyyətini Təşkiltın İcraçı Katibi Ceyhun Mirzəyev təmsil edib.

Görüşün əsas məqsədi İslam ölkələrində fəaliyyət göstərən Qızıl  Aypara  Cəmiyyətlərinin təmşilçiləri və İslam Əməkdaşlıq Təşkilatının  nümayəndələri arasında əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin aparılmasıdır.

Görüş zamanı İslam Ölkələrinin Qızıl  Aypara  Cəmiyyətləri   arasında olan “ən yaxşı təcrübələrin bölüşdürülməsi” kimi mühüm məsələlər müzakirə olunub. 

Həmçinin, görüşlər zamanı AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev Pakistan Qızıl  Aypara   Cəmiyyətinin Baş Katibi, Qırğızıstan Milli Cəmiyyətinin Prezidenti, Türkiyə Kızılayının Baş Katibi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara  Cəmiyyətləri Federasiyasının Vitse-Prezidenti Miguel Villarroel ilə ikitərəfli görüşlər  keçirib. Görüşlərdə qarşılıqlı əlaqələr müzakirə edilib. Bu görüşlər sayəsində  Qızıl Aypara Cəmiyyətləri  və Təşkilatlar arasında daha yaxşı əlaqələrin qurulması  üçün zəruri addımlar atılıb.