AzQAC-ın prezidenti Novruz Aslanov Federasiyanın rəsmisi Davron Muhammadiyevi və Serdar Güneli AzQAC-in baş ofisdə qəbul etdi

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov Federasiyanın rəsmisi Davron Muhammadiyevi və Serdar Güneli AzQAC-in baş ofisdə qəbul etdi
 President of the Azerbaijan Red Crescent Society Dr. Novruz Aslanov welcomed officials of the International Federation of Red Cross and Red Crescent Societies Mr. Davron Mukhamadiyev and Mr. Serdar Gunel at the head office of the National Society.

25 İyul 2023-cü il taxirində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev və Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Güneli qəbul etdi. Novruz Aslanov respublikamızı səfəri çərçivəsində Davron Muhammadiyevi AzQAC-ı ziyarət etməsi və cəmiyyətin rəhbərliyi  ilə görüşməsində məmnunluğunu ifadə etdi olduğunu bildirdi. 


Görüşdə iki təşkilat arasında görülən işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar layihələr barədə ümumi fikir mübadiləsi aparıldı. Ötən illərdə olduğu kimi bu ildə də əməkdaşlıq çərçivəsində həm AzQAC, həm də Beynəlxalq Federasiya qarşıya qoyulan məqsədə çatmaq üçün üzərlərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmi vurğulandılar.