AzQAC-ın baş ofisində üç tərəfli görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın baş ofisində üç tərəfli görüş keçirilib
 A trilateral meeting was held at the Headquaretrs Office of the Azerbaijan Red Crescent Society


13 Sentyabr 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində 3 tərəfli görüş keçirilib. Görüşdə AzQAC-ın prezidenti Novruz Aslanov , Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev, Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Günel və İtaliya Qızıl Xaç Cəmiyyətinin Qafqaz regionu üzrə nümayəndəsi Simona Rescigno iştirak edib.


Öncə Novruz Aslanov xanım Simona Rescigno Milli Cəmiyyətdə görməkdən məmnun olduğunu bildirib. Simona Rescigno öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirib. Görüş zamanı AzQAC-ın fəaliyyətləri, davam edən layihələri, İtaliya Qızıl Xaç Cəmiyyətinin Cənubi Qafqazda həyata keçirdiyi layihələr və Milli Cəmiyyətlər arasında əməkdaşlıq çərçivəsində görülə biləcək işlər barədə müzakirə aparılıb.