AzQAC Ümumdünya İlk Yardım Günü qeyd edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Ümumdünya İlk Yardım Günü qeyd edib
 Azerbaijan Red Crescent Society celebrates World First Aid Day


2000-ci ildən etibarən hər il sentyabr ayının ikinci şənbəsi “Ümumdünya İlk Yardım Günü” kimi qeyd olunur. Hər il olduğu kimi bu il də Azərbaycan Qızıl Aypara Cəmiyyəti sentyabr ayının 9-da "Rəqəmsal Dünyada ilk yardım “günü qeyd edilib. Bunun münasibət ilə AzQAC Bakı Regional Mərkəzində geniş tədbir keçirilib. Tədbir Bakı şəhərində yerləşən 251 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə Bakı RM könüllüləri və rayon bölmələrinin əməkdaşları iştirak ediblər. Tədbirdə Bakı RM koordinatoru Rəna xanım İbrahimova çıxış edərək, iştirakçıları salamlayıb onlara AzQAC-ın yaranma tarixi ,fəaliyyəti, hər il qeyd olunan “Ümumdünya İlk Yardım Günü” haqqında geniş məlumat verib. Bu il tədbirin ilkin şüarı "Rəqəmsal Dünyada İlk Yardım “devizi altında keçirildiyini qeyd edib. Sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ilk yardım üzrə məsləhətçisi Şahin Biləndərli ilk yardım təlimləri haqqında məlumat verib. Bakı RM könüllüləri  ilk yardım vərdişlərini nümayiş etdirib.