AzQAC-ın nəzdində miqrantlara Azərbaycan dili kursu yenidən davam edir

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın nəzdində miqrantlara Azərbaycan dili kursu yenidən davam edir
 The Azerbaijan Red Crescent Society continues to conduct its Azerbaijani language course for migrants

AzQAC-nin baş ofisində ölkədə olan əfqan, pakistan, yəmən müdavimlərin 2023/24-cü tədris ili üçün müraciətləri əsasında tanışlıq görüşü keçirilib. Miqrasiya şöbəsinin miqrantlara Azərbaycan dili müəllimi onlara ölkənin ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaranması, humanitar fəaliyyətlərinin bir çox istiqamətləri ilə yanaşı, miqrasiya problemləri ilə bağlı layihə və tədbirlər həyata keçirməsi barədə məlumat verib. Miqrasiya ilə bağlı fəaliyyət əhatəsini bir az da genişləndirən Milli Cəmiyyət 2013-cü il oktyabr ayının 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında miqrantlara təmənnasız Azərbaycan dili kursunun açılışını edib. Ötən il 28 şagirdə 9 aylıq kursun şəhadətnaməsi verilib. Məktəb yaşlı şagirdlər  isə uğurla respublikanın orta təhsil müəssisələrinə qəbul ediliblər, böyüklər münasib iş sahələrində işləyirlər və Azərbaycan dilini öyrənmələri bu prosesdə çox yardımçı olmuşdur.


Sonra görüş müəllimin miqrantlarla tanışlığı ilə davam etdi. Ötən ilin nəticələri, il ərzində təşkil olunan tədbirlərdən söz açılaraq kursun şərtləri, məkanı və vaxtı ümumi razılaşma əsasında təyin edildi. Azərbaycan Respublikası, Azərbaycan dili  haqqında qısa və məzmunlu məlumat verilib. Ümumi müzakirədən sonra dərslərin miqrantların arzusuna müvafiq müəyyən vaxt cədvəli əsasında davam etdirilməsi qərara alınıb.
Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.