AzQAC-ın prezidenti cənab Novruz Aslanov BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısını qəbul edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti cənab Novruz Aslanov BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısını qəbul edib
 President of Azerbaijan Red Crescent Society Mr Novruz Aslanov receives the head of the International Committee of the Red Cross Representative Office in Azerbaijan


 
25 Sentyabr 2023-cü il tarixində AzQAC-ın baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında iki tərəfli görüş keçirilib.


Görüşdə AzQAC-ın prezidenti cənab Novruz Aslanov, BQXK Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Dragana Koiç və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova iştirak edib.


Görüşü giriş sözü ilə açan Novruz Aslanov qonaqları AzQAC-ın kollektivi, çoxsaylı  könüllüləri və üzvləri adından salamlayıb. Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi olub.


Görüş zamanı Qarabağ İqtisadi zonasındakı hazırkı vəziyyətlə bağlı müzakirə aparılıb. Beynəlxalq Qızıl Xaç və Aypara Cəmiyyəti Federasiyası (IFRC)  da daxil olmaqla 3 tərəfli görüşün keçirilməsi barədə danışıqlar aparılıb. Gələcəkdə Qarabağ İqtisadi zonasında birgə keçiriləcək layihələrin daha da səmərəli olması üçün yeni mütəxəssislərin işə cəlb olunacağı nəzərdə tutulduğu bildirilib.