Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məlumatı

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məlumatı
 Information from the Azerbaijan Red Crescent Society

Qarabağ İqtisadi Rayonunda yaşayan erməni əsilli sakinlərin ərzaq ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının 21 avqust 2023-cü il tarixli qərarına əsasən avqustun 29-da 40 ton un məmulatı iki TIR tipli yük avtomobili vasitəsilə Ağdam-Xankəndi yolu ilə təyinatı üzrə göndərilmişdir. Yükün çatdırılmasında yaranan məlum problemə görə AzQAC-ın əməkdaşları və könüllüləri çadırlarda 29 gün Rusiya sülhməramlı kontingentinin postu qarşısında gözləməli olmuş və həmin ərzaq yükü nəhayət, sentyabrın 26-da Ağdam-Xankəndi yolu ilə Xocalı şəhərinə aparılaraq təyinatı üzrə təhvil verilmişdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu xoşməramlı addımın atılmasında ona dəstək verən tərəfdaşlarına, eyni zamanda müvafiq hökumət strukturlarına öz təşəkkürünü bildirir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti bundan sonra da zəruri ərzaq və qeyri-ərzaq yüklərinin öz mandatına uyğun olaraq təyinatı üzrə çatdırılmasında bütün lazımi dəstəyi verməyə hazırdır.

AzQAC neytrallığını və qərəzsizliyini bildirərək, Ermənistan Qızıl Xaç Cəmiyyətinin mövcud vəziyyətdə fəaliyyətini qiymətləndirir və uğurlar arzulayır.

Bir daha vurğulayırıq ki, Beynəlxalq Humanitar hüquqa əsaslanan fəaliyyətimiz milli qanunvericiliyə, Cenevrə Konvensiyaları və ona əlavə edilmiş protokollara, Sevilya razılaşmasına tam olaraq uyğundur.