Qaradağ Gənclər Mərkəzində “İlk Yardım, İlk Psixoloji Yardımın prinsipləri” adlı seminar keçirilib.

Əsas səhifə / XƏBƏRLƏR / Qaradağ Gənclər Mərkəzində “İlk Yardım, İlk Psixoloji Yardımın prinsipləri” adlı seminar keçirilib.
 The Garadagh Youth Centre held a seminar on "First Aid, Principles of First Psychological Aid".

29 sentyabr 2023-cü il tarixində AzQAC  Qaradağ RB sədri N.Eyvazovun dəstəyilə Qaradağ Gənclər mərkəzində “İlk Yardım, İlk Psixoloji Yardım”  mövzusunda seminar təşkil olunub. Seminar AzQAC Sağlamlıq və qayğı şöbəsinin müdiri  Əminə Cabbarova  və “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova tərəfindən keçirilib. Qaradağ rayonu Gənclər İdman idarəsinin rəisi Elçin Abbasov seminar iştirakçılarını salamlayaraq, AzQAC-la uzun illər əməkdaşlığı  vurğulayaraq, seminarın insan həyatı üçün vacib olan mövzuya həsr edilməsini  qeyd edib.


Seminar iştirakçılarına İFRC və ÜST 2030-cu il İlk Yardım qlobal yanaşma, AzQAC həyata keçirdiyi fəaliyyətlər, İlk Psixoloji Yardımın prinsipləri barədə geniş məlumatlar təqdim edilib. Seminarda Qaradağ rayonunda  peşə məktəbinin 20 nəfər şagirdi  iştirak edib. Bu  kimi seminarların davamlı olması nəzərdə tutulub.