IFRC-nin rəsmisi Davron Muhammadiyev AzQAC-da qonaq olub

Əsas səhifə / XƏBƏRLƏR / IFRC-nin rəsmisi Davron Muhammadiyev AzQAC-da qonaq olub
  An official representative of the International Federation of the Red Cross and Red Crescent Societies, Davron Muhammadiev, visited the Azerbaijan Red Crescent Society

11 oktaybr 2023-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev və Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Güneli qəbul edib.


Öncə Novruz Aslanov cənab Davron Muhammadiyevi Milli Cəmiyyətdə görməkdən məmnun olduğunu bildirib.  Görüşdə iki təşkilat arasında görülən ümumi işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə söhbət açılıb. Ötən illərdə olduğu kimi bu il də əməkdaşlıq çərçivəsində həm AzQAC, həm də Beynəlxalq Federasiyasının qarşıya qoyulan məqsədə çatmaq üçün üzərilərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmi vurğulanıb.



Milli Cəmiyyətin prezidenti Novruz Aslanov Davron Muhammadiyevə Federasiyanın Milli Cəmiyyətə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və gələcəkdə də humanitar sahədə Beynəlxalq Hərəkat daxili humanitar fəaliyyətlərin yüksək səviyyədə inkişaf edəcəyini bildirib.

 
Davron Muhammadiyev öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışıb. Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.