Bakı şəhər 3 saylı Uşaq evində “Gigiyena və şəxsi təmizlik” mövzusunda seminar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Bakı şəhər 3 saylı Uşaq evində “Gigiyena və şəxsi təmizlik” mövzusunda seminar keçirilib
 Baku City Children's Home No. 3 held a seminar on "Hygiene and Personal Hygiene

23 oktyabr 2023-cü il tarixində Bakı şəhər 3 saylı Uşaq evində “Gigiyena və şəxsi təmizlik” mövzusunda görüş keçirilib. Görüşdə Türk Kızılayının Prezidenti professor Fatma Meriç Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti, Türk Kızılayın Azərbaycandakı nümayəndəsi Hüseyn Çitak, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, AzQAC-ın icraçı katibinin müavini Şaban Şayev, AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova, Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova, Bakı Regional Mərkəzinin Koordinatoru Rəna İbrahimova və könüllülər iştirak edib.
 
Tədbiri giriş sözü ilə açan AzQAC Sumqayıt şəhər bölməsinin təlimçisi Lalə Cəlilzadə, gigiyena və şəxsi üzrə təmizlik mövzusu iştirakçılarını və qonaqları salamlayıb. Daha sonra şəxsi gigiyena ,dəri və ağız , düzgün əl yuma qaydası haqqında məlumat verərək ,praktiki nümayiş ediblər.
 
Tədbirin ikinci hissəsində çıxış üçün söz Bakı 3 saylı Uşaq evinin rəhbəri Gülnarə Şəmiyevaya verilib. Gülnarə xanımda öz çıxışında bu mövzuda keçirilən seminarın vacibliyini qeyd edib. Tədbir təşkilatçılarına öz təşəkkürlərini bildirib. Daha sonra söz AzQAC-ın Bakı və Sumqayıt Regional Mərkəzinin Koordinatorları Rəna İbrahimova və Mətanət Məhərrəmovaya verilib. Onlarda çıxış zamanı “Gigiyena və şəxsi təmizlik” mövzusunda keçirilən seminarın vacibliyini bildirərək, Türk Kızılayın Azərbaycan nümayəndəliyinə, Hüseyin Çitaka öz minnətdarlığını bildiriblər. Daha sonra Türk Kızılayın Prezidenti professor Fatma Meriç Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən layihə çərçivəsində fəaliyyət göstərən könüllülərə sertifikat təqdim edib.
 
Tədbirdə uşaq evinin hazırladığı müxtəlif çıxışlar qonaqlara təqdim olunub. Sonda seminara qatılan 3 saylı uşaq evinin iştirakçılarına gigiyenik ləvazimatlar paylanılıb.