Fövqəladə Mobil Könüllü Dəstə Kompleks mülki müdafiə məşqində iştirak edib

Əsas səhifə / XƏBƏRLƏR / Fövqəladə Mobil Könüllü Dəstə Kompleks mülki müdafiə məşqində iştirak edib
 The Emergency Mobile Volunteer Team of the Azerbaijan Red Crescent Society took part in a comprehensive civil defense training

26 oktyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il hazırlıq planına uyğun olaraq “Etilen-polietilen” zavodunun Polietilen istehsalatının fəaliyyəti dayandırılmış sahəsində "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda maarifləndirici tədbir və Kompleks MM təlimi keçirilib.
 
FHN-nin Sumqayıt Regional Mərkəzinin şəxsi heyətinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini və digər məsul şəxslərinin iştirak etdiyi təlimə “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, mühəndis-kəşfiyyat manqası, xilasetmə dəstəsi, kimya-radiasiya müşahidə postu, müşahidə və laboratoriya şəbəkəsi, sanitar postu, yanğınsöndürmə, elektrik xətlərinin təmiri və rabitə manqaları, qazdan xilasetmə dəstəsi, o cümlədən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin , Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Gigiyena-Epidemiologiya Mərkəzinin, Memarlıq və şəhərsalma İdarəsinin, Tibb Mərkəzinin, Telekommunikasiya Qovşağının, İctimai asayişin mühafizəsi qrupunun, 24 saylı yanğından mühafizə hissəsinin, Elektrik Şəbəkəsinin, Qaz Xidməti Sahəsinin, Sukanal İdarəsinin, Sumqayıt YGEŞ-in, Dezinfeksiya şöbəsinin, Baytarlıq İdarəsinin, 1 №-li Magistral Yollar MMC-nin mülki müdafiə qüvvələri, bütün xidmət və obyektlərin əmlak, avadanlıq, maşın və mexanizmləri cəlb olunub.
 
Təlimdə AzQAC Sumqayıt şəhər bölməsi Fövqəladə Mobil Könüllü Dəstəsinin funksiyası şərti yaralılara ilk Yardım göstərərək həkim personalına təqdim etmək idi. Obyekt Mülkü Müdafiə təlimi yüksək səviyyədə başa çatıb. Hər bir idarə və müəssisələr öhdələrinə düşən tapşırıqları layiqincə icra ediblər.