AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri yayım sessiyası keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri yayım sessiyası keçirib
 The members of the Emergency Mobile Volunteers Team of the Sumgait city branch of the Azerbaijan Red Crescent Society conduct dissemination seminars on the "International Red Cross and Red Crescent Movement in secondary schools

Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD üzvləri tərəfindən məktəblərdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları keçirilir. Bu sessiyaların əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə təqdim etməkdir.


Sessiyalar zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri barədə ətraflı məlumat verirlər. Sessiyalar həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edir və sual-cavab ilə başa çatır.

 
Belə ki, 27 oktyabr tarixində AzQAC-ın Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən 1 saylı orta məktəbdə Hərəkat haqqında yayım sessiyası keçirilib.