FMKD üçün “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında əsas tanışlıq kursu keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / FMKD üçün “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında əsas tanışlıq kursu keçirilib
 A basic induction course on the "International Red Cross and Red Crescent Movement" was conducted for members of the Emergency Mobile Volunteer Teams

1-2 noyabr 2023-ci il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Füzuli, Xocavənd və Cəbrayıl rayon bölmələrinə yeni qoşulan könüllülər üçün “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında Əsas Tanışlıq Kursu  keçirilib. Kursun əsas məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının missiyasını, komponentlərini və əsas prinsiplərini daha yaxşı başa düşmək və Azərbaycan Qızıl Aypara Cəmiyyətini ictimaiyyətdə layiqincə təmsil etmək üçün könüllülər arasında Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri yaymaq olub. Kurs zamanı könüllülərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi, Hərəkatın tərkib hissələri, Hərəkatın əsas prinsipləri, humanizm emblemləri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətləri barədə ətraflı məlumat verilib.


Kurs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təcrübəli könüllüsü Fərid Nağızadə və Beynəlxalq Qızıl Xaç Komitəsinin Əməkdaşlıq şöbəsinin məsul əməkdaşı Sevil Süleymanova tərəfindən həyata keçirilib.


Ümumilikdə, kursda AzQAC-ın Füzuli, Xocavənd və Cəbrayıl rayon bölmələrindən 35 könüllü iştirak edib.