“Fövqəladə Hallar Zamanı Təhsilə Əlçatanlıq” proqramı çərçivəsində Təxliyyə, Axtarış, Xilasetmə və İlk Yardım simulyasiya tədbirləri keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / “Fövqəladə Hallar Zamanı Təhsilə Əlçatanlıq” proqramı çərçivəsində Təxliyyə, Axtarış, Xilasetmə və İlk Yardım simulyasiya tədbirləri keçirilib
 Within the framework of the “Access to Education in Emergencies” program, simulation activities on first aid were conducted

2021-ci ildən etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Norveç Qızıl Xaç Cəmiyyətinin maliyyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin texniki dəstəyi ilə “Fövqəladə Hallar Zamanı Təhsilə Əlçatanlıq” proqramını həyata keçirmək olub. Proqramın əsas məqsədi Qazax, Gədəbəy və Tovuz rayonlarında məktəblərin fövqəladə hallara dayanıqlığının artırılması, məktəbli uşaqlara və müəllimlərə təcrübəli  məşğələlər və təlimlər vasitəsilə fövqəladə hallar zamanı risklərin azaldılmasına dair məlumatları ötürmək olub.


Bu proqram çərçivəsində 13,14,15 noyabr 2023-cü il tarixlərində Tovuz rayonunun Hacallı, Qazax rayonunun Kəmərli, Gədəbəy rayonunun Novo Saratovka  kənd orta ümumtəhsil məktəblərində, rayonun Mülki Müdafiə planına uyğun olaraq, Tovuz, Qazax və Gədəbəy rayon İcra Hakimiyyətlərinin dəstəyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə Təxliyyə, Axtarış, Xilasetmə və İlk Yardıma dair simulyasiya tədbirləri keçirilib.
Simulyasiya planına uyğun olaraq, şagirdlər həyəcan siqnalından sonra məktəb binasından təxliyyə edilib. Şərti xəsarət alan şagirdlərə ilk yardım və psixoloji dəstək göstərilib. Binanı tərk edə bilməyən şagirdlər isə FHN-nin əməkdaşları tərəfindən xilas edilib.
Tədbirdə “Fövqəladə Hallar Zamanı Təhsilə Əlçatanlıq” proqramının koordinatoru, AzQAC-nin İcraçı Katibinin müavinləri, AzQAC-nin Sumqayıt Regional Mərkəzinin Koordinatoru və Mobil könüllü dəstənin üzvləri, AzQAC-nin Tovuz, Qazax, Gədəbəy rayon bölmələrinin sədrləri və Mobil Könüllü Dəstələri, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri iştirak ediblər.