Naxçıvan şəhərində AzQAC-in icmaya əsaslanan sağlamlıq fəaliyyətləri üzrə görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Naxçıvan şəhərində AzQAC-in icmaya əsaslanan sağlamlıq fəaliyyətləri üzrə görüş keçirilib
 The meeting on community based activities of the Azerbaijan Red Crescent Society was held in Nakhchivan city

17 noyabr 2023-cü il tarixində AzQAC “İcmaya əsaslanan  Sağlamlıq” proqramının məsləhətçisi Mətanət Qaraxanova tərəfindən Naxçıvan Şəhər  Bölməsinin işçi və könüllüləri üçün  icmaya əsaslanan sağlamlıq fəaliyyətləri üzrə görüş keçirilib. Görüşün məqsədi Naxçıvan şəhər  bölməsinin icmaya əsaslanan tibbi-sosial sahəsində aparılan fəaliyyətlərinin qiymətləndirilməsi, ehtiyac duyulan sahələrin gələcəkdə genişlənməsi və bu sahədə yerli müəssisələrlə əməkdaşlığın gücləndirilməsi və nəzərdə tutulan tədbirlərin tətbiqi barədə məlumatların müzakirəsi olub. Mətanət Qaraxanova tərəfindən IFRC, Ümumdünya Səhiyyə Təşkilatının İcmaya əsaslanan sağlamlıq sahəsilə əlaqədar yeni yanaşmaların tətbiqi barədə geniş məlumatlar təqdim edib.


Tədbir iştirakçılarına IFRC İlk Yardımın 2023-2030 illər üçün strateji tətbiqi barədə xüsusi vurğulanaraq, geniş məlumatlar çatdırılıb. Çıxışda dövlətə yardımçı rolunu göstərən AzQAC icmaların sağlamlığın qorunmasına dair geniş maarifləndirilmə sahəsində fəaliyyət istiqamətləri qeyd edilib. Sonda gələcəkdə Naxçıvanda geniş layihələrin həyata keçirilməsi ilə bağlı fikirlər müzakirə olunub.