Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri üçün “Əsas Bacarıqlar” təlimi təşkil olunub

Əsas səhifə / XƏBƏRLƏR / Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri üçün “Əsas Bacarıqlar” təlimi təşkil olunub
"Basic Skills" training was organized for the members of the Emergency Mobile Voluntary Corps (EMVC)

27-30 noyabr 2023-cü il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə AzQAC-ın Ağdam və Tərtər rayon bölmələrindən olan Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri üçün Əsas Bacarıqlar təlimi təşkil olunub. Təlimin əsas məqsədi iştirakçıların şəxsi və peşəkar fəaliyyətlərində effektiv lider olmaq üçün bilik və bacarıqlarını inkişaf etdirmək olub.


Təlim zamanı könüllülər idarəetmə və liderlik bacarıqları, stresin idarəolunması, konfliktlərin həll olunması, aktiv dinləmə və problemlərin həlli yolları kimi əsas mövzular haqqında nəzəri biliklər əldə edib, eyni zamanda bu sahədə praktiki bacarıqlar qazanıblar. Təlim proqramına həmçinin müxtəlif təqdimatlar, interaktiv tapşırıqlar, rol oyunları və və qrup işləri daxil idi.


Təlimdə AzQAC-ın Ağdam və Tərtər rayon bölmələrindən 20 nəfər könüllü iştirak edib.