AzQAC-da EspoCRM sisteminin quraşdırılması ilə bağlı görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-da EspoCRM sisteminin quraşdırılması ilə bağlı görüş keçirilib
A meeting was held in AzRCS regarding the installation of the EspoCRM system

27-28 noyabr 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətində Niderland Qızıl Xaç Cəmiyyətinin “510 Komandasının” nümayəndələri ilə, Daan Gorsse və Emie Klein Holkenborg - DEH sistem menecerləri, Joanth Lijftogt - CEA mütəxəssisi və İFRC-nin nümayəndələri Elise Filo - CEA nümayəndəsi, İrakli Yakobidze - Baş IM meneceri ilə  görüş keçirilib. Görüşün məqsədi Potensialın Gücləndirilməsi Fondu çərçivəsində EspoCRM sisteminin Azərbaycan Qızıl Aypara Cəmiyyətində qurulması və məsələyə dair müzakirələri əhatə edib. EspoCRM sisteminin quraşdırılmasının əsas məqsədi növbəti il həyata keçiriləcək mərkəzi rəy mexanizmini dəstəkləməkdir.