AzQAC Sumqayıt şəhər bölməsində ehtiyaclı ailələrə yardım edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində ehtiyaclı ailələrə yardım edib
AzRCS helped needy families in Sumgayit city section

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə BƏƏ Qızıl Aypara Cəmiyyətinin “Qış geyimləri kampaniyası” Birləşmiş Ərəb Əmirliyi səfirliyi vasitəsi ilə həyata keçirilib. Şəhid, aztəminatlı, qazi və fiziki cəhətdən imkanları məhdud uşaqlara yardım göstərilib.

 
AzQAC Sumqayıt şəhər bölməsində keçirilən bu kampaniyada BƏƏ səfirliyinin əməkdaşları və baş katibin müavini Elşən Səlimzadə iştirak ediblər. Tədbiri AzQAC Sumqayıt Regional Mərkəzin koordinatoru Mətanət Məhərrəmova açaraq, qonaqları və tədbir iştirakçılarını salamlayıb. Göstərilən humanitar yardım üçün BƏƏ-nin nümayəndələrinə bölmə və benefisarlar adından minnətdarlığını bildirib. Ailələr də onları diqqətdə saxlayan xeyirxah təşkilat və səfirlik nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.