27-28-29 Fevral 2024-cü il tarixlərində Bərdə şəhəri Təməl İlk Yardım təlimində iştirak edən FMKD könüllüləri üçün Qabaqcıl İlk Yardım (QƏM) təlimi keçirilmişdir. Təlimin əsas təlimçisi AzQAC İlk Yardıma məsul şəxs və Ağdam rayon bölməsinin könüllüsü olub.
Təlimin əsas məqsədi könüllülərin davamlılığını gücləndirməklə və icma daxilində İlk Yardım məlumatlılığını artırmaqla həm gündəlik vəziyyətlərdə, həm də fövqəladə hallarda yaralanmalarla mübarizə aparmaq üçün icmaların bacarıqlarını artırmaqdan ibarət olub. Təlimdə 8 rayon bölməsinin (Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər, Tovuz və Xocavənd) hər birindən 3 könüllü olmaqla 24 könüllü iştirak edib.
Təlim 3 gün müddətində davam edib. Könüllülərimiz təlim
boyu müxtəlif praktiki məşğələlərdə və nəzəri məşğələlərdə fəal iştirak ediblər.
Əsas mövzular İlk Yardım nədir və İlk Yardım zamanı yardımçının əsas rolu, zərərçəkmişin müayinəsi, bərpa
və ÜAR massajı, tənəffüs
yollarında yad cisim, boğulma, qanaxma və şokun idarə edilməsi, yaralar, batıb qalmış yad
cisim, yanıqlar
və onların növləri sınıqlar
mövzularını əhatə edib.