AzQAC istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb
AzRCS met with students undergoing internship

5 mart 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Slavyan Universiteti və Qərbi Kaspiyan Universitetlərinin istehsalat təcrübəsi keçən tələbələri ilə Cəmiyyətin Yayım sektorunun rəhbəri Qədirova Nahidə tərəfindən geniş seminar keçirilib.


Seminarın əsas məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, Beynəlxalq Humanitar Hüququn əsasları və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranması, inkişafı və gördüyü işlər haqqında tələbələri geniş maarifləndirici məlumatlar verilib.


Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılıb.