AzQAC Sumqayıt şəhər bölməsində FMKD üzvləri tərəfindən İlk Yardım seminarı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində FMKD üzvləri tərəfindən İlk Yardım seminarı keçirilib
 The members of the Emergency Mobile Volunteer Team conducted a seminar on first aid in the Sumgait city branch of the Azerbaijan Red Crescent Society

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə 17 aprel 2024-cü il tarixində ilk yardım mövzusunda praktiki seminar keçirilib. Seminar AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən nəzəri və praktiki nümayiş olundu. Məqsəd gəncləri ilk yardım, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma istiqamətində maarifləndirməkdən ibarət olub.
Son olaraq seminarda gənclərin mövzu ilə bağlı fikirləri dinlənilib və sualları cavablandırılıb.