Təcrübəçi tələbələr üçün növbəti təlim

Əsas səhifə / XƏBƏRLƏR / Təcrübəçi tələbələr üçün növbəti təlim
Next training for trainees

2 may 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Slavyan Universiteti və Qərbi Kaspi Universitetlərinin istehsalat təcrübəsi keçən tələbələri üçün BQXK Bakı nümayəndəliyinin Hüquq məsləhətçisi Jalə Əzizova tərəfindən təlim keçirilib.


Görüşün əsas məqsədi Beynəlxalq Qızıl Xaç və  Qızıl Aypara Hərəkatının yaranması, əsas missiyaları, prinsipləri, Beynəlxalq humanitar hüquq, Cenevrə Konvensiyaları və s. ətrafında müzakirə aparılması olub.


Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılıb.