AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən Sumqayıt Dövlət Universitetində İlk Yardım seminarı keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən Sumqayıt Dövlət Universitetində İlk Yardım seminarı keçirilib
 A seminar on first aid was held at Sumgait State University by members of the Emergency Mobile Volunteer Team of the Sumgait city branch of the Azerbaijan Red Crescent Society


26.04.2024 – cü il tarixində AzQAC Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstənin üzvləri tərəfindən Sumqayıt Dövlət Universitetinin bir qrup müəllim və tələbələrinə İlk Yardım seminarı keçirilib. Tədbirdə Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqının Komitə sədri Nemət İbayev iştirakçıları salamlayaraq, çıxış üçün sözü AzQAC Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova verib.

Mətanət Məhərrəmova da öz növbəsində İlk Yardım mövzusunun vacibliyi barəsində danışıb. O, öz çıxışında məqsədimizin gəncləri ilk yardım, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma istiqamətində maarifləndirməkdən ibarət olduğunu qeyd edib.

Daha sonra FMKD üzvləri tərəfindən ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma və sınıqlar mövzusu nəzəri və praktiki nümayiş olunub. Seminarda gənclərin mövzu ilə bağlı fikirləri dinlənilərək sualları cavablandırılıb.