Beynəlxalq
Qızıl Xaç Komitəsi (BQXK) – qərəzsiz, neytral və müstəqil təşkilatdır.
Onun əsas humanitar məqsədi- hərbi münaqişələr və zorakılıq
qurbanlarının həyat və ləyaqətlərinin qorunması və onlara yardımın
göstərilməsidir. O, münaqişələr zamanı Hərəkatın həyata keçirdiyi
beynəlxalq humanitar aksiyaları istiqamətləndirir və koordinasiya edir.
1863-cü ildə yaradılmış Beynəlxalq Qızıl Xaç Komitəsi eyni zamanda
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının banisidir. Onun məqsədi
həmçinin beynəlxalq humanitar hüququn və universal humanitar
prinsiplərin inkişafı və möhkəmləndirməsi yolu ilə insan iztirablarının
qarşısını almaqdır
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF)
dünyada ən böyük humanitar təşkilat kimi insanlara heç bir milli və ya
irqi fərq qoymadan, dini mənsubiyyəti və ya siyasi əqidəsindən asılı
olmayaraq yardım edir. Federasiyanın əsas məqsədi- yer kürrəsində ən
zavallı və ehtiyacı olan insanların vəziyyətini
yaxşılaşdırmaqdır.1919-cu ildə yaradılmış Beynəlxalq Federasiya özündə
dünyanın 186 ölkəsinin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərini
birləşdirir. Federasiya təbii və texnogen fəlakət qurbanlarına,
qaçqınlara beynəlxalq yardımı göndərir və koordinasiya edir, həmçinin,
səhiyyənin təxirəsalınmaz problemlərinin həllində fəal iştirak edir.
Humanitar yardımla yanaşı, Federasiya milli cəmiyyətlərin və onların
vasitəsi ilə ayrı-ayrı vətəndaşların imkanlarının möhkəmlənməsi və
inkişafı üçün iş aparır. Beynəlxalq arenada Federasiya ona daxil olan
cəmiyyətlərin, üzvlərinin rəsmi təmsilçisi kimi çıxış edir. O, Milli
Cəmiyyətlər arasında əməkdaşlığı inkişaf etdirir və onların təbii
fəlakətlər, səhiyyə və sosial proqramlara hazırlıq sahəsində imkanlarını
möhkəmləndirir.
Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri öz dövlət orqanlarına
humanitar fəaliyyət sahəsində yardımçı rolunu oynayır və onları təbii
fəlakətlər zamanı yardımın göstərilməsi, səhiyyə və sosial proqramlarda
iştirak kimi bir sıra xidmət speterləri ilə tə,min edir. Hərbi
əməliyyatlar zamanı milli cəmiyyətlər zərər çəkmiş mülki əhaliyə
köməklik göstərir və ehtiyac olduqda onları tibbi xidmətlə tə,min
edir.Federasiyanın əsas qüvvəsini dünyanın demək olar ki, bütün
ölkələrini əhatə edən milli cəmiyyətlərin unikal şəbəkəsi təşkil edir.
Milli Cəmiyyətlər arasında olan mövcud əməkdaşlığın sayəsində Federasiya
ehtiyacı olanlara köməklik göstərir. Bütövlükdə Milli Cəmiyyətlər hər
il 233 milyon insana yardım göstərən 105 milyon könüllü və 300 min
əməkdaşı öz sıralarında birləşdirir.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bütün tərkib hissələri öz fəaliyyətlərində Fundamental Prinsipləri rəhbər tutur: insansevərlik, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllülük, vahidlik və universallıq. Bütün Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fəaliyyətinin bir məqsədi var: diskriminasiyasız bədbəxtliyə düçar olmuşlara köməklik göstərmək və bununla bütün dünyada sülhün bərqərar olmasını möhkəmləndirmək.