BİZ NƏ EDİRİK

Əsas səhifə / BİZ NƏ EDİRİK

BİZ NƏ EDİRİK

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli
Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin hərbiyyə
(müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, General-Leytenant Əliağa Şıxlinski olmuşdur.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti 100 ildən çoxdur ki, ölkədə hümanitar sahədə fəaliyyət
göstərir. 1920-ci ildən bu yana cəmiyyətdə yardımlaşmanı formalaşdırmaq, sosial rifahı artırmaq,
yoxsullara və möhtac olanlara əl tutmaq, qida və tibbi yardım təmin etmək məqsədi daşıyırıq.
AzQAC olaraq fəaliyyət istiqamətlərimiz aşağıdakılardır:

1. Hümanitar Yardım
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin imkanlarını və insanlığın gücünü səfərbər
edərək,yardıma ehtiyacı olan ahıl, tənha-kimsəsiz, qaçqın və məcburi köçkün ailələrə,
aztəminatlı və təbii fəlakətlərdən, texnogen hadisələrdən zərər çəkmiş zavallı insanlara,
miqrantların müəyyən qisminə müxtəlif formada köməklik göstərmək, humanitar dəyərləri
rəhbər tutaraq insanlar arasında mərhəmət və xeyirxahlıq hisslərini aşılamaq.

2. Sağlamlıq və Qayğı
Səhiyyə maarifi və səhiyyə xidmətləri vasitəsilə insanların sağlam və təhlükəsiz həyat yaşaması
naminə bilik və bacarıqlarını artırmaq.

3. Miqrasiya
Ölkəyə təşrif buyuran miqrantların, həmçinin, qaçqın və məcburi köçkünlərin normal şəraitdə
yaşaması üçün onların bütün yerli və beynəlxalq hüquqlarla təmin olunmasında vəkillik etmək,
ölkədə yaşayan miqrantlara daim diqqət və qayğı göstərərək əsas ehtiyaclarını öyrənmək və
dəstək olmaq.

4. Axtarış
Bir-birindən ayrı düşmüş ailə üzvlərinin əzab və iztirablarını azaltmaq, psixoloji köməklik
ğöstərmək, fövqəladə hallar zamanı və ondan sonra əldə edilən lazimi məlumatları ailə üzvləri
arasında mübadilə etmək və həmcinin bir-birinə qovuşdurmaq məqsədi daşıyır.

5. İnformasiya və İctimaiyyətlə Əlaqələr
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətləri haqqında məlumatları KİV və ictimaiyyət
arasında daha effektiv yaymaq, digər Milli Cəmiyyətlərlə əməkdaşlığın genişləndirilməsi üçün
davamlı olaraq əlaqələr qurmaq.

6. Gənclər və Könüllülər
Qızıl Aypara Cəmiyyətində Gənclər və könüllülərin cəlbolunma idarəetmə sisteminin inkişaf
etdirilməsi və bununla sosial çəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə
könüllü xidmətin səmərəliliyinin artırılmasidir.

7. Beynəlxalq Əlaqələr
Digər ölkələrin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri, Beynəlxalq Qızıl Xaç Komitəsi
(BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF və ya
Beynəlxalq Federasiya) və müvafiq beynəlxalq təşkilatlarla mövcud əməkdaşlığın
möhkəmləndirilməsi və əməkdaşlıq perspektivlərinin gücləndirilməsi, eləcə də humanitar
fəaliyyətlərin həyata keçirilməsində yeni tərəfdaşlıq münasibətlərinin qurularaq əməkdaşlıq
sərhədlərinin genişləndirilməsi.

8. Beynəlxalq Humanitar Hüquq (BHH) və Fundamental Prinsiplərin yayımı
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (BQX/QAH) tarixi və onun tərkib hissələri,
yəni Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızı Aypara
Cəmiyyətləri Federasiyası (Federasiya) və Milli Qızıl Xaç/Qızıl Aypara Cəmiyyətlərinin
fəaliyyətləri, Hərəkatın fundamental prinsipləri, Qızıl Xaç, Qızıl Aypara və Qızıl Kristal
emblemlərindən düzgün istifadə qaydaları və Beynəlxalq Humanitar Hüququn (BHH) əsasları
haqqında məlumatları ictimaiyyət arasında yaymaq.

9. Fondların artırılması
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə bazasının gücləndirilməsi məqsədilə maliyyə
mənbələrinin müxtəlifliyini təmin edərək stabil maddi-texniki bazanı yaratmaq.

10. Yerli bölmələrin inkişafı
Proqramın məqsədi sosial və sağlamlıг faktorlarını nəzərə almaqla icmalarda imkansızlığın
azadılmasına nail olmaq məqsədi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin йерли бюлмяляри
strukturlarının və imkanlarının güclədirilməsi.

BİZ NECƏ İŞLƏYİRİK


Missiyamız
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin imkanlarını və insanlığın gücünü səfərbər edərək
ehtiyaclı insanlara yardım etməkdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı şəhərində yerləşən Baş Qərargahdan, Gənclər
komitəsindən, 8 Regional Mərkəzdən (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Sabirabad, Lənkəran,
Qarabağ), Naxçıvan Muxtar Respublikası Komitəsindən, 92 rayon, şəhər və sahə bölmələrindən
ibarətdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti həm hökümət, həm qeyri-hökümət, həm də digər Qırmızı
Xaç və Qızıl Aypara Milli Cəmiyyətləri ilə qarşılıqlı əməkdaşlıq edir.
Prinsiplərimiz

Humanizm
İnsan iztirablarının qarşısını almaq

Qərəzsizlik
Hərəkat heç kəsə irqi, dini, irsi, siyasi əqidəsinə görə fərq qoymur

Neytrallıq
Etibarı itirməmək üçün bitərəf mövqe nümayiş etdirmək

Müstəqillik
Ölkəsində hakim olan qanunlara hörmət etmək şərtilə müstəqildir

Könüllü Xidmət
Hərəkat mənfəət güdməyən yardım hərəkatıdır

Vahidlik
Bir ölkədə yalnız bir Milli Cəmiyyət ola bilər

Universallıq
BQX/QA Hərəkatı ümumbəşəri bir qurumdur ki, bütün Milli Cəmiyyətlərin bərabər hüquqları
vardır