İslam Ölkələri Qızıl Aypara Cəmiyyətləri və İslam Əməkdaşlıq Təşkilatının Hökumət nümayəndələrinin Səudiyyə Ərəbistanı, Ciddəh şəhərində, 22-26 iyul 2023-cü il tarixlərində keçirilən görüşündə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Təşkiltın İcraçı Katibi Ceyhun Mirzəyev təmsil edib.
Görüşün əsas məqsədi İslam ölkələrində fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətlərinin təmşilçiləri və İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri arasında əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin aparılmasıdır.
Görüş zamanı İslam Ölkələrinin Qızıl Aypara Cəmiyyətləri arasında olan “ən yaxşı təcrübələrin bölüşdürülməsi” kimi mühüm məsələlər müzakirə olunub.
Həmçinin, görüşlər zamanı AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev Pakistan Qızıl Aypara Cəmiyyətinin Baş Katibi, Qırğızıstan Milli Cəmiyyətinin Prezidenti, Türkiyə Kızılayının Baş Katibi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Vitse-Prezidenti Miguel Villarroel ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı əlaqələr müzakirə edilib. Bu görüşlər sayəsində Qızıl Aypara Cəmiyyətləri və Təşkilatlar arasında daha yaxşı əlaqələrin qurulması üçün zəruri addımlar atılıb.