22-26 iyul 2023-cü il tarixlərində Səudiyyə Ərəbistanda keçirilən İslam Ölkələri Qızıl Aypara Cəmiyyətləri və İslam Əməkdaşlıq Təşkilatının Hökumət nümayəndələrinin iştirak etdiyi görüşün 4-cü günüdür. Azərbaycan Qızıl Aypara Cəmiyyətini Təşkilatın İcraçı katibi Ceyhun Mirzəyev təmsil edib.
AzQAC-ın
İcraçı katibi Ceyhun Mirzəyev bütün görüş iştirakçılarına , Milli Məclisin
deputatı Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanovun salamlarını
çatdırmışdır. AzQAC-ın İcraçı katibi
Ceyhun Mirzəyev çıxış edərək Milli Cəmiyyətin ikinci Qarabağ Müharibəsi və
Covid-19 dövründə mülki əhaliyə lazımı humanitar yardımların göstərilməsi və bu
sahədə əməkdaşlığın vacibliyini bildirib. Münaqişə zamanında zərər çəkmiş
insanlara vaxtında və effektiv kömək göstərilməsi və tibbi dəstəyin təmin edilməsi
uğurla həyata keçirilmiş və Milli Cəmiyyətin böyük təcrübələr əldə edilməsi
haqqında məlumat verib. Bu təcrübələr, təşkilatın necə effektiv şəkildə fəaliyyət
göstərə biləcəyini bir daha sübut edib. Milli Cəmiyyətin digər milli tərəfdaşlarından biri olan Türk
Kızılayı ilə arasındakı əlaqələri diqqət mərkəzində tutaraq, bu iki milli tərəfdaşın
bir-birinə olan dəstəyinin önəmini vurğulayıb.