Səudiyyə Ərəbistanında keçirilən İcraçı katibin iştirak etdiyi görüşün 4-cü günüdür

Əsas səhifə / XƏBƏRLƏR / Səudiyyə Ərəbistanında keçirilən İcraçı katibin iştirak etdiyi görüşün 4-cü günüdür
 The 4th day of the meeting with the participation of the Executive Secretary of the Azerbaijan Red Crescent Society in Saudi Arabia

22-26 iyul 2023-cü il tarixlərində Səudiyyə Ərəbistanda keçirilən İslam Ölkələri Qızıl Aypara Cəmiyyətləri və İslam Əməkdaşlıq Təşkilatının Hökumət nümayəndələrinin iştirak etdiyi görüşün 4-cü günüdür. Azərbaycan Qızıl  Aypara  Cəmiyyətini Təşkilatın İcraçı katibi Ceyhun Mirzəyev təmsil edib.


AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev bütün görüş iştirakçılarına , Milli Məclisin deputatı Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanovun salamlarını çatdırmışdır.  AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev çıxış edərək Milli Cəmiyyətin ikinci Qarabağ Müharibəsi və Covid-19 dövründə mülki əhaliyə lazımı humanitar yardımların göstərilməsi və bu sahədə əməkdaşlığın vacibliyini bildirib. Münaqişə zamanında zərər çəkmiş insanlara vaxtında və effektiv kömək göstərilməsi və tibbi dəstəyin təmin edilməsi uğurla həyata keçirilmiş və Milli Cəmiyyətin böyük təcrübələr əldə edilməsi haqqında məlumat verib. Bu təcrübələr, təşkilatın necə effektiv şəkildə fəaliyyət göstərə biləcəyini bir daha sübut edib. Milli Cəmiyyətin digər  milli tərəfdaşlarından biri olan Türk Kızılayı ilə arasındakı əlaqələri diqqət mərkəzində tutaraq, bu iki milli tərəfdaşın bir-birinə olan dəstəyinin önəmini vurğulayıb.