26 İyul 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF) ,Avropa İttifaqı (Aİ) və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QAÇQINKOM) birgə təşkilatçılığı ilə Azərbaycanda İcmanın Gücləndirilməsi və Vətəndaş Cəmiyyəti Təşkilatlarının inkişafına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının Cənubi Qafqaz ölkələri
üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi sədrinin
müavini Fuad Hüseynov açılış nitqi ilə
çıxış ediblər.
Tədbirin əsas məqsədi müvafiq maraqlı tərəfləri İcmaların gücləndiril məsində səlahiyyətləndirmənin
əhəmiyyəti və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığın inkişafında rolu
barədə məlumatlandırmaqdır.
Tədbiri açılış sözü ilə başlayan Novruz Aslanov hər kəsi AzQAC-ın rəhbərliyi, könüllüləri və Cəmiyyətin
çoxsaylı üzvləri adından salamladı və təşkilat arasında görülən işlər,
qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar layihələr barədə
danışdı. O xüsusilə, covid-19 pandemiya
dövründə Amerikan İnkişaf Agentliyi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi
və Türk Qızıl Ayının göstərilən dəstəkləri xüsusi vurğuladı. Daha sonra Novruz Aslanov tərəfdaşlarla
keçiriləcək humanitar əlaqələr haqqında imzalanması nəzərdə tutulan memorandum
haqqında söhbət açdı və Komitənin sədri Rövşən Rzayevə gələcək lahiyədə iştirak edəcəklərinə görə təşəkkür
etdi.
Davron Muhammadiyev və Fuad Hüseynov da öz
növbəsində iştirakçıları salamladı və tərəfdaşlarla keçiriləcək humanitar əlaqələr
haqqında imzalanması nəzərdə tutulan memorandumun vacibliyindən danışdılar. Onlar
da fəaliyyətlərin daha şəffaf və daha
uğurlu olması üçün çalışacaqlarını bildirdilər.
Daha sonra BQXQACF-nın Proqram və Əməliyyatlar üzrə meneceri Sərdar
Günel BQXQACF və AzQAC-ın birlikdə həyata keçirdikləri işlər və layihələr haqqında
danışdı və bunların önəmliliyini vurğuladı .