İyulun 27-də Ağdam rayonunun Sarıcalı kəndində yerləşən məktəbin kitabxanasında 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş poeziya gecəsi keçirilib.
Tədbirin məqsədi Ağdam bölgəsindəki Sarıcalı məktəbində
şagirdlər arasında mədəni qarşılıqlı əlaqəni təşviq etmək və uşaqların
yaradıcılığını inkişaf etdirməkdir.
Tədbirdə məktəbin fəal şagirdləri, valdeyinlər,
məktəb rəhbərliyi, şairlər, rayon ziyalıları, BQXK-nin əməkdaşı Gülnara Həsənova
və AzQAC-nin Fövqəladə hallar zamanı təhsilə giriş proqramının əlaqəndirici şəxsi
Fərid Seyidzadə də iştirak edib.
Tədbiri giriş sözü ilə açan AzQAC-nin Ağdam
rayon bölməsinin sədri Nadir Qədimli Azərbaycan Əlifbası və Azərbaycan Dili
Günü haqqında ətraflı məlumat verib. Ondan sonra BQXK-nin əməkdaşı Gülnara Həsənova
tədbirin mahiyyətindən və Azərbaycan Dili və Əlifbası qorunub saxlanması və
inkişaf etdirilməsində gələcək nəsilin rolundan danışıb.
Tədbir zamanı məktəbin fəal şagirdləri müxtəlif
mövzularda şeirlər söyləmiş, qaliblər Fəxri fərmanlar və hədiyyələrlə, digər iştirakçılar
isə Təşəkkürnamələr və təsəlli mükafatlar ilə təltif olunublar. Sonda isə xatirə
şəkili çəkilib.