Azərbaycan Qızıl Aypara Cəmiyyəti “İRƏLİ” İctimai Birliyinin gənclərinə maarifləndirici İlk yardım seminarı keçirib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti “İRƏLİ” İctimai Birliyinin gənclərinə maarifləndirici İlk yardım seminarı keçirib
 The Azerbaijan Red Crescent Society held an educational first aid seminar for the youth of the "IRELI" Public Union


Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) şəraitdən asılı olmayaraq, hər bir şəxsin hərtərəfli və keyfiyyətli psixi sağlamlıq və psixososial dəstəyə çıxışının olduğu bir cəmiyyət təsəvvür edir.


Bizim gələcəyə baxışımız fəlakətlər, münaqişələr, fövqəladə hallar və digər həssas vəziyyətlər nəticəsində yaranan çətinliklərin öhdəsindən gəlmək üçün dayanıqlığı artırmaq, rifahı yaxşılaşdırmaq və şəxslərin və icmaların imkanlarını artırmaqdır. Bu baxımdan müxtəlif sahələr üzrə icmaların bilik və bacarıqlarını  artırmaq  gərəkdir. 


“İRƏLİ” İctimai Birliyinin Səhiyyə Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclərin ilk yardım bacarıqlarının artırılmasına yönələn  “Qızıl Yardım” layihəsinin icrası belə  tədbirlərdən biridir. Layihə çərçivəsində 2023-cü il  iyul ayının 17dən -21dək “İRƏLİ” İctimai Birliyinin ofisində AzQAC ilk Yardım üzrə təlimçi Şahin Biləndərli tərəfindən ilk yardım təlimi keçirilmişdir. Təlim iştirakçılarına, hadisə yerinin dəyərləndirilməsi, yaralanma, kəllə-beyin travmaları, zəhərlənmə, qanaxma, şok, huşunu itirmə, günvurma, epileptik tutmalar və digər mövzulara dair məlumatlar tapşırıqlar vasitəsilə, təqdim edib.  Zərər çəkənə ürək canlandırılması, tənəffüsün bərpası metodikalar isə xüsusi  maniken üzərində nümayiş edildi.


Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Psixi sağlamlıq : hər bir fərdin onun öz potensialını (qabiliyyətlərini) reallaşdıra biləcəyi, adi həyat stresslərinin (gərginliyin) öhdəsindən gəldiyi, səmərəli və məhsuldar çalışa biləcəyi salamatlıq və öz icmasının həyatına  töhvə verə  biləcəyi, əmin-amanlıq bir vəziyyətdir.


AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində fəlakətlərin, münaqişələrin, fövqəladə halların və həssas vəziyyətlərin şəxslərin və icmaların psixi rifahına və psixososial fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərdiyini qəbul edərək əhali arasında İlk Yardım və psixi sağlamlığın qorunmasına, İlk Psixoloji Yardıma dair maarifləndirici tədbirləri (təlim, seminar, kompaniyalar və s.) həyata keçirir. Bu fəaliyyətlərə icma üzvlərilə yanaşı müxtəlif təşkilatlar da  cəlb olunur.   


31 İyul 2023-cü il tarixində isə  AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının təlimçisi Mətanət Qaraxanova  tərəfindən “Psixi sağlamlığın qorunması, İlk Psixoloji Yardımın əsasları” mövzusunda seminar keçirildi. Seminarda Psixi sağlamlığın ÜST tərəfindən verdiyi tərifi, psixi sağlamlığa təsir edən amillər, stress, depressiya kimi psixi pozuntuların göstəriciləri və psixi sağlamlığın qorunmasına dair tövsiyələr təqdim edilmişdir. İlk Psixoloji Yardımın əsasları  və elementləri təqdimatın ikinci hissəsində yer almışdı. İnteraktiv şəkildə çatdırılan məlumatlar iştirakçılarda böyük maraq yaratdı. Onlar bu kimi seminarların davamlı olmasını qeyd etdilər.