31 iyul 2023-ci il tarixində bölmənin ofisində Fövqəladə Mobil Könüllü Dəstəsinin (FMKD) aylıq görüşü keçirilib. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova könüllüləri salamlayaraq görüşün məqsədi barədə məlumat verib və bölmənin ay ərzində gördüyü işlər barəsində çıxış üçün sözü bölmə təlimatçısına verib.
Təlimatçı Lalə Cəlilzadə də bölmənin və bölmə könüllülərin gördüyü işlər barədə məlumat verib. Növbəti ay üçün fəaliyyət planlarından söhbət açıb və könüllüləri maraqlandıran suallar cavablandırılıb.