8-11 Avqust 2023-cü ildə
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda
icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının
potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində “Psixi
Sağlamlıq və Psixososial dəstək” mövzusunda təlim keçirilib.
Təlim Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin psixi sağlamlıq və psixososial dəstək (PSPSD) üzrə əlaqələndirici
şəxsləri üçün nəzərdə tutulub.
Təlimin həyata keçirilməsindəki
əsas məqsəd yeni hazırlanmış PSPSD siyasəti çərçivəsində əlaqələndirici şəxslərin
psixi sağlamlıq və psixososial dəstək bacarıqlarını rayon bölməsi səviyyəsində
gücləndirmək olub. Bu yanaşma onların bacarıqlarının genişləndirilməsinə, layihə
üzrə əldə edilən nəticələrin möhkəmləndirilməsinə, o cümlədən humanitar
böhranların təsirinə məruz qalmış ayrı-ayrı fərdlərin və icmaların ümumi
rifahına, bərpasına və dayanıqlılığına öz töhfəsini verəcək.
Təlim zamanı iştirakçılar
psixi sağlamlıq və psixososial dəstək ehtiyacları barədə təməl biliklər qazanıb,
icmalarında səmərəli məlumatlandırma işlərinin aparılmasının yolları barədə öyrənib.
Onlar, həmçinin ilkin psixoloji yardım kimi təməl psixososial dəstək
texnikalarına dair praktiki bacarıqlar əldə edib. Bundan əlavə, təlimdə əlçatan
resursların müəyyən edilməsi və PSPSD sahəsində görülən işlərin daha yaxşı əlaqələndirilməsinin
təmin edilməsi üçün əməkdaşlıqların qurulması məqsədilə mövcud xidmətlərin xəritəyə
alınmasının əhəmiyyəti vurğulanıb. Digərlərinə dəstək göstərdikdə öz
rifahlarının qayğısına qala bilmək üçün iştirakçılara özünəqulluq
strategiyaları öyrədilmişdir. Bu təlimin nəticəsi olaraq MHPSS üzrə əlaqələndirici
şəxslərin yeni bilik və bacarıqlardan istifadə edərək MHPSS xidmətlərini
keyfiyyətli formada tətbiq edə biləcəklər.