Daşkəsən Rayonunda AzQAC-ın İcmaya əsaslanan sağlamlıq fəaliyyətləri üzrə görüş keçirildi
Əsas səhifə / XƏBƏRLƏR / Daşkəsən Rayonunda AzQAC-ın İcmaya əsaslanan sağlamlıq fəaliyyətləri üzrə görüş keçirildi
AzQAC Sağlamlıq və qayğı şöbəsi ölkənin şəhər və rayonlarında yerli
bölmələrinin işçi və könüllüləri vasitəsi ilə geniş icmaya əsaslanan səhiyyə
maarifi işinin təşkilini həyata keçirilib. Bununla əlaqədar yerli bölmələrinin
işçi heyyəti və könüllülərin ÜST, BQXQACF və yerli səhiyyə üzrə yeni strategiyalar, yeni yanaşmalara dair məlumatlandırması
vacib hesab olunur. Belə ki, avqust yının 17-də AzQAC Miqrasiya şöbəsinin əməkdaşı,
azərbaycan dili kursun müəllimi Sona Hacıyeva və Sağlamlıq proqramının məsləhətçisi
M.Qaraxanovanın iştirakı ilə Daşkəsən Rayon Bölməsinin işçi və könüllüləri ilə
icmaya əsaslanan səhiyyə fəaliyyətləri üzrə görüş keçirilib. Görüşün məqsədi
Daşkəsən rayon Bölməsinin icmaya əsaslanan tibbi-sosial sahəsində aparılan fəaliyyətlərinin
giymətləndirilməsi, ehtiyac duyulan sahələrin gələcəkdə genişlənməsi və bu sahədə
yerli müəssisələrlə əmakdaşlığın gücləndirilməsi və nəzərdə tutulan tədbirlərin
tədbiqi barədə məlumatların müzakirə oluması idi. Mətanət Qaraxanova tərəfindən
BQXQACF, Ümumdünya Səhiyyə Təşkilatının İcmaya əsaslanan sağlamlıq sahəsinə
(İlk Yardım, Tibb bacılarının fəaliyyəti, Fövqəladə Hallara icmaların hazırlığı,
Peyvəndləndirilmə, Vərəm, İİV, Hepatitlərlə mübarizə, İlk Psixoloji Yardım və
s.) ilə əlaqədar yeni yanaşmaların tədbiqi barədə geniş məlumatlar təqdim
edilib. Tədbir iştirakçılarına BQXQACF İlk Yardımın 2023-2030 illər üçün
strateji tədbiqi barədə xüsusi olaraq, geniş məlumatlar çatdırılıb. Çıxışda
dövlətə yardımçı rolunu göstərən AzQAC icmaların sağlamlığın qorunmasına dair
geniş maarifləndirilmə sahəsində fəaliyyət istiqamətləri vurğulanıb. Bununla
yanaşı, iştirakçılara ölkədə İcbari Tibbi Sığorta ilə bağlı fəaliyyətlər və
QHT-ın əhali arasında bu sahədə maarifləndirilməsində rolu, xidmət paketi və
ona daxil olan tibbi müayinələrlə bağlı məlumatlar xüsusi qeyd edilib. Sona
Hacıyeva tərəfindən isə dünyada qlobal problem olan miqrasiya ilə bağlı məlumatlar səsləndirilib. AzQAC-ın Azərbaycanda
məskunlaşan miqrantların ehtiyacları və onlara göstərilən xidmətlərə dair həyata
keçirilən fəaliyyətlərin önəmli məqamları vurğulanıb. Sonda görüş iştirakçıları gələcəkdə Daşkəsən
rayonunda da geniş layihələrin (İlk Yardım, Vərəmlə mübarizə və s.) həyata
keçirilməsi arzularını bildiriblər.