AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri təlim toplanış məşqində iştirak ediblər

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri təlim toplanış məşqində iştirak ediblər
 Members of the Emergency Mobile Volunteers Team of the Sumgait City branch of the Azerbaijan Red Crescent Society participated in the training.

2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzin təşkilatçılığı ilə 10.08.2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt regional mərkəzinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin əməkdaşları ilə birlikdə yanğınsöndürmə və yanğın zamanı zərərçəkənlərin təxliyyəsi ilə bağlı 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin əməkdaşları və könüllülərinə təlim məşq toplanışı keçirilib. Təlimdə Mülki müdafiə idarəsinin mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti mayor Elnur Abduləzizov təlim iştirakçılarına yanğın və təxliyyə ilə bağlı vacib məlumatlar verib, İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.