Azərbaycan
Qızıl Aypara Cəmiyyəti (AzQAC) 1920-ci ildən etibarən 100 ildən artıq bir müddətdə,
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq
Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”,
“vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr
şəraitində, eyni zamanda fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən,
irqindən, siyasi baxışlarından asılı olmayaraq, fərq qoymadan müharibə
qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər
ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir.
Birinci
Qarabağ və Vətən müharibəsi zamanı, COVİD-19 pandemiyası dövründə AzQAC Beynəlxalq
Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində zərərçəkmiş şəxslərə müvafiq humanitar yardımlar göstərmişdir.
30 illik fəaliyyətləri dövründə hər iki beynəlxalq qurum respublikada humanitar
sahədə kifayət qədər müxtəlif layihələr həyata keçirmişlər.
Son
zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin
humanitar ehtiyacları mövzusu ətrafında bir kampaniyanın şahidi oluruq.
Bunu
nəzərə alaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bəyan edir:
1.
Azərbaycan
Respublikasının Konstitusiyasına;
2.
“Azərbaycan
Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.1;
3.0.8; 3.0.9 maddələrinə;
3.
“Qızıl
Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununun 6; 9; 15 maddələrinə;
4.
Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə;
5.
Beynəlxalq
Hərəkatın “vahidlik” prinsipinə;
6.
Beynəlxalq
Federasiyanın Konstitusiyasına uyğun olaraq
Cəmiyyət
mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi
yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz
olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırmasına dəstək verməyə hazırdır.
Belə ki, bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm
də Cenevrə konvensiyaları və ona edilmış əlavələrin, həmçinin, 1997-ci ildə qəbul
edilmiş Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə
tam uyğundur. Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində
aparıcı rol milli cəmiyyətlərə verilir.
Bu
humanitar missiyanın həyata keçirilməsi üçün, milli cəmiyyət olaraq Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunmuşdur.
Bu
Bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının 21 avqust
2023-cü il tarixli geniş iclasında qəbul olunmuşdur.