30 Avqust 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Ağdam-Xankəndi yolunda jurnalistlərə müsahibə verib.
N.Aslanov
müsahibəsində bildirib ki, Cəmiyyətə məxsus iki ərzaq karvanının bölgəyə göndərilməsində
əsas məqsəd həqiqi ehtiyacı olan insanlara ərzaqla yardım etmək, onlara dəstək
olmaqdır. Əgər bizim bu xeyirxah addımımız erməni sakinləri tərəfindən müsbət
qarşılanarsa, əməkdaşlarımızın və könüllülərimizin təhlükəkəsizliyinə tam zəmanət
verilərsə , o halda müvafiq qiymətləndirilmə keçirilər, insanların həqiqətdə
hansısa ərzağa və ləvazimata tələbatını müəyyən etmək olar. Azərbaycan Qızıl
Aypara Cəmiyyəti bunu da etməyə tam olaraq hazırdır və qadirdir. Biz sabah da,
biri gün də zəruri yardımları göndərə bilərik. Hər şey kommunikasiyadan
asılıdır. Müvafiq danışıqlar aparılmalıdır və ehtiyaclar muüəyyənləşdirilməlidir