11
sentyabr 2023-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,
Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti
Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron
Muhammadiyev və Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin
proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Güneli qəbul edib.
Öncə
Novruz Aslanov cənab Davron Muhammadiyevi Milli Cəmiyyətdə görməkdən məmnun
olduğunu bildirib. Görüşdə iki təşkilat
arasında görülən ümumi işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən
layihələr barədə söhbət açılıb. Ötən illərdə olduğu kimi bu il də əməkdaşlıq çərçivəsində
həm AzQAC, həm də Beynəlxalq Federasiyasının qarşıya qoyulan məqsədə çatmaq
üçün üzərilərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə
yetirilməsinin önəmi vurğulanıb. Həmçinin, onlar Qarabağ İqtisadi Rayonunda müvcud
olan vəziyyətdən, AzQAC tərəfindən göndərilən 40 ton un məmulatının Xankəndində
yaşayan erməni əsilli sakinlərin ərzaq ehtiyatlarının qarşılanması məqsədilə
AzQAC-ın əməkdaşları və könüllülərinin 14 gündür Ağdam-Xankəndi yolunda gözləmələri,
həmçinin eyni məqsədlə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən gətirilən ərzaq və
qeyri-ərzaq yükünün hazırda Bərdə şəhərində gözləməsi məsələlərini müzakirə
ediblər. Milli Cəmiyyətin prezidenti Novruz Aslanov Davron Muhammadiyevə
Federasiyanın Milli Cəmiyyətə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və gələcəkdə
də humanitar sahədə Beynəlxalq Hərəkat daxili humanitar fəaliyyətlərin yüksək səviyyədə
inkişaf edəcəyini bildirib.
Davron
Muhammadiyev öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək,
AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışıb.
Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini
vurğulayıb.