13
Sentyabr 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində
3 tərəfli görüş keçirilib. Görüşdə AzQAC-ın prezidenti Novruz Aslanov , Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə
nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev, Beynəlxalq Federasiyanın Azərbaycandakı
nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Günel və İtaliya
Qızıl Xaç Cəmiyyətinin Qafqaz regionu üzrə nümayəndəsi Simona Rescigno
iştirak edib.
Öncə
Novruz Aslanov xanım Simona Rescigno Milli Cəmiyyətdə görməkdən məmnun olduğunu
bildirib. Simona Rescigno öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını
bildirib. Görüş zamanı AzQAC-ın fəaliyyətləri, davam edən layihələri, İtaliya
Qızıl Xaç Cəmiyyətinin Cənubi Qafqazda həyata keçirdiyi layihələr və Milli Cəmiyyətlər
arasında əməkdaşlıq çərçivəsində görülə biləcək işlər barədə müzakirə aparılıb.