AzQAC Sumqayıt şəhər bölməsində FMKD-nin aylıq görüşü keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində FMKD-nin aylıq görüşü keçirilib
Fövqəladə Mobil Könüllü Dəstənin aylıq görüşü 8 sentyabr 2023-cü il tarixində bölmənin ofisində keçirilib. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova könüllüləri salamlayaraq görüşün məqsədi barədə məlumat verib. Ay ərzində keçirilən tədbirlər barəsində ətraflı danışıb. Növbəti ay üçün nəzərdə tutulmuş fəaliyyət planlarından söhbət açıb. Daha sonra bölmə könüllüsü Hüseyn Səlimov keçirilən tədbirlərlə bağlı öz fikirlərini paylaşılıb. Könüllüləri maraqlandıran suallar cavablandırılıb.