2000-ci ildən etibarən hər il sentyabr ayının
ikinci şənbəsi “Ümumdünya İlk Yardım Günü” kimi qeyd olunur. Hər il olduğu kimi
bu il də Azərbaycan Qızıl Aypara Cəmiyyəti sentyabr ayının 9-da "Rəqəmsal
Dünyada ilk yardım “günü qeyd edilib. Bunun münasibət ilə AzQAC Bakı Regional Mərkəzində
geniş tədbir keçirilib. Tədbir Bakı şəhərində yerləşən 251 saylı tam orta məktəbdə
keçirilib. Tədbirdə Bakı RM könüllüləri və rayon bölmələrinin əməkdaşları
iştirak ediblər. Tədbirdə Bakı RM koordinatoru Rəna xanım İbrahimova çıxış edərək,
iştirakçıları salamlayıb onlara AzQAC-ın yaranma tarixi ,fəaliyyəti, hər il
qeyd olunan “Ümumdünya İlk Yardım Günü” haqqında geniş məlumat verib. Bu il tədbirin
ilkin şüarı "Rəqəmsal Dünyada İlk Yardım “devizi altında keçirildiyini
qeyd edib. Sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ilk yardım üzrə məsləhətçisi
Şahin Biləndərli ilk yardım təlimləri haqqında məlumat verib. Bakı RM könüllüləri ilk yardım vərdişlərini nümayiş etdirib.