Azərbaycan
Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə Rusiya
sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə yüklərin Ağdam-Xankəndi
və Laçın-Xankəndi yolları vasitəsilə çatdırılması barədə razılığın əldə edilməsini
alqışlayır.
Təəssüf
edirik ki, hər iki yolun eyni anda açılması ilə bağlı hələ 2023-cü il
sentyabrın 1-də razılıq əldə edilməsinə baxmayaraq, bunun reallaşdırılması
yalnız sentyabrın 18-də baş verəcək.
Azərbaycan
Qızıl Aypara Cəmiyyəti hesab edir ki, yüklərin aparılmasının siyasiləşdirilməsi,
onun qarşısının alınması yolverilməzdir. Zərurət olduğu təqdirdə, müstəqil, bitərəf
təşkilat olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu prosesə istənilən dəstəyi
verməyə hazırdır.