AzQAC-ın rəhbər heyəti və əməkdaşları geniş tərkibli iclası keçib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın rəhbər heyəti və əməkdaşları geniş tərkibli iclası keçib
 An enlarged meeting with participation of management and staff of the Azerbaijan Red Crescent Society was held


AzQAC-ın rəhbər heyəti və əməkdaşları Sentyabr ayının 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində geniş tərkibli iclası keçib. İclasda 2023-ci ilin 1-ci yarımilliyində həyata keçirilən fəaliyyətlər və gələcək strateji planlar müzakirə edilərək, təklif və rəylər nəzərə alınmaqla, müvafiq  qərarlar qəbul edilib.

İclası giriş sözü ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb, iclasın mahiyyətindən və əhəmiyyətindən bəhs edib. Novruz Aslanov öz çıxışında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2023-ci ildə əldə etdiyi nailiyyətlərindən danışaraq, bu  ilin Milli Cəmiyyətin inkişafı, potensialının artırılması  baxımından əhəmiyyətli bir il olduğunu vurğulayıb. O, öz çıxışında AzQAC-ın yeni çağırışlara hazırlığından, eyni zamanda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə tezliklə humanitar dəstəyin həyata keçirilməsi barədə  və ilkin mərhələ üçün 40 ton un məmulatları göndərilməsini qeyd edib. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərəfdaşları ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığından bəhs edib, bu əməkdaşlığın son illərdə daha da genişləndiyini vurğulayıb.

Daha sonra iclasda AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev və İcraçı Katibin müavini Elşən Salimzadə çıxış edərək, Avqust ayının 29-dan başlayan və bu günə kimi davam edən və orada həyata keçirilən fəaliyyətlərdən, könüllülərin və regional bölmələrin aktiv iştirakı barədə məlumat veriblər.

İclasın sonunda, AzQAC-ın Prezidenti Novruz Aslanov bütün əməkdaşlara və könüllülərə təşəkkürünü bildirib.