Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Azərsu” ASC tərəfindən Bakı Sukanal İdarəsinin mülki müdafiə qüvvələrinin iştirakı ilə Hövsan Aerasiya stansiyasının ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sora onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı altında təlimində iştirak edib.
Təlimə İdarənin mülki müdafiə üzrə rəhbər (FHK, MMQ), komandir-rəis heyətləri, mülki müdafiə dəstələrinin şəxsi heyəti, ümumilikdə 70 nəfər və həmçinin 8 ədəd müxtəlif təyinatlı texnika cəlb edilib. O cümlədən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsi və nəqliyyat texnikası təlimə cəlb olunub.
Təlim prosesində mülki müdafiə qüvvələri şərti
olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın
məhdudlaşdırılması, yanğının söndürülməsi, zəhərlənənlərin və dağıntılar
altında qalanların axtarışı və xilas edilməsi, zərərçəkmişlərə ilkin
tibbi yardımın göstərilməsi və işçilərin 300 nəfərlik mühafizə qurğusuna
(sığınacağa) və təhlükəsiz ərazilərə təxliyəsi işlərinin
aparılması ilə əlaqədar tapşırıqlar yerinə yetirib.
Təlimin gedişində fövqəladə hadisələrin
nəticələrinin aradan qaldırılması zamanı “Azərsu” ASC-nin mülki müdafiə qüvvələrinin
öz aralarında, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin FMKD üzvləri ilə qarşılıqlı
fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail
olunub. Sonda təlimin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin
komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.