AzQAC-nin baş ofisində ölkədə olan əfqan, pakistan, yəmən müdavimlərin 2023/24-cü tədris ili üçün müraciətləri əsasında tanışlıq görüşü keçirilib. Miqrasiya şöbəsinin miqrantlara Azərbaycan dili müəllimi onlara ölkənin ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaranması, humanitar fəaliyyətlərinin bir çox istiqamətləri ilə yanaşı, miqrasiya problemləri ilə bağlı layihə və tədbirlər həyata keçirməsi barədə məlumat verib. Miqrasiya ilə bağlı fəaliyyət əhatəsini bir az da genişləndirən Milli Cəmiyyət 2013-cü il oktyabr ayının 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında miqrantlara təmənnasız Azərbaycan dili kursunun açılışını edib. Ötən il 28 şagirdə 9 aylıq kursun şəhadətnaməsi verilib. Məktəb yaşlı şagirdlər isə uğurla respublikanın orta təhsil müəssisələrinə qəbul ediliblər, böyüklər münasib iş sahələrində işləyirlər və Azərbaycan dilini öyrənmələri bu prosesdə çox yardımçı olmuşdur.
Sonra görüş müəllimin miqrantlarla tanışlığı ilə
davam etdi. Ötən ilin nəticələri, il ərzində təşkil olunan tədbirlərdən söz
açılaraq kursun şərtləri, məkanı və vaxtı ümumi razılaşma əsasında təyin
edildi. Azərbaycan Respublikası, Azərbaycan dili haqqında qısa və məzmunlu məlumat verilib.
Ümumi müzakirədən sonra dərslərin miqrantların arzusuna müvafiq müəyyən vaxt cədvəli
əsasında davam etdirilməsi qərara alınıb.
Sonda iştirakçıları maraqlandıran suallara cavab
verilib.