Azərbaycan Vərəm əleyhinə Qeyri-Hökümət Təşkilatı (QHT) koalisiyasının növbəti işgüzar görüşü keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Vərəm əleyhinə Qeyri-Hökümət Təşkilatı (QHT) koalisiyasının növbəti işgüzar görüşü keçirilib
 Another working meeting of the Azerbaijan TB NGO Coalition was held

Azərbaycan Vərəm əleyhinə QHT koalisiyasının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Vərəm əleyhinə QHT koalisiyasının sədri ötən dövr ərzində Koalisiyanın gördüyü işlər haqqında məlumat verib. O qeyd edib ki, bu dövr ərzində birgə fəaliyyət nəticəsində xeyli uğurlu işlərə imza atılıb. Sonra, Vərəmə həsr olunmuş yüksək səviyyəli görüşündə Azərbaycanın qeyri-hökumət cəmiyyətlərini və koalisiyanı təmsil edərək maraqlı bir çıxış etməsindən və Qızıl Aypara Cəmiyyəti də olmaqla 9 böyük ictimai birliyin koalisiya olaraq gördüyü nəzərəçarpacaq işlərdən danışdı. O dedi ki, dünyanın bir çox ölkələrindən gələn nümayəndələr görülən işlərə çox böyük rəğbət və maraqla yanaşmış və təqdir etmişlər. Onların bir neçəsi gələcəkdə Azərbaycan Vərəm əleyhi koalisiyayla əməkdaşlıq etmək təklifləri ediblər.Sonra koalisiya üzvlərinin gələcək işlər yönümündə təklif və məsləhətləri dinlənilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətini Miqrasiya Şöbəsi və İcma əsaslı layihələr əməkdaşı Sona Hacıyeva təmsil edib.