25 Sentyabr 2023-cü il
tarixində AzQAC-ın baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq
Qızıl Xaç Komitəsi arasında iki tərəfli görüş keçirilib.
Görüşdə AzQAC-ın prezidenti
cənab Novruz Aslanov, BQXK Azərbaycandakı nümayəndəliyinin başçısı xanım
Dragana Koiç və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova iştirak
edib.
Görüşü giriş sözü ilə açan Novruz
Aslanov qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri
adından salamlayıb. Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində
aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi olub.
Görüş zamanı Qarabağ
İqtisadi zonasındakı hazırkı vəziyyətlə bağlı müzakirə aparılıb. Beynəlxalq
Qızıl Xaç və Aypara Cəmiyyəti Federasiyası (IFRC) da daxil olmaqla 3 tərəfli görüşün keçirilməsi
barədə danışıqlar aparılıb. Gələcəkdə Qarabağ İqtisadi zonasında birgə keçiriləcək
layihələrin daha da səmərəli olması üçün yeni mütəxəssislərin işə cəlb
olunacağı nəzərdə tutulduğu bildirilib.