Qarabağ
İqtisadi Rayonunda yaşayan erməni əsilli sakinlərin ərzaq ehtiyaclarının
qarşılanması məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının
21 avqust 2023-cü il tarixli qərarına əsasən avqustun 29-da 40 ton un məmulatı
iki TIR tipli yük avtomobili vasitəsilə Ağdam-Xankəndi yolu ilə təyinatı üzrə
göndərilmişdir. Yükün çatdırılmasında yaranan məlum problemə görə AzQAC-ın əməkdaşları
və könüllüləri çadırlarda 29 gün Rusiya sülhməramlı kontingentinin postu
qarşısında gözləməli olmuş və həmin ərzaq yükü nəhayət, sentyabrın 26-da
Ağdam-Xankəndi yolu ilə Xocalı şəhərinə aparılaraq təyinatı üzrə təhvil
verilmişdir.
Azərbaycan
Qızıl Aypara Cəmiyyəti bu xoşməramlı addımın atılmasında ona dəstək verən tərəfdaşlarına,
eyni zamanda müvafiq hökumət strukturlarına öz təşəkkürünü bildirir.
Azərbaycan
Qızıl Aypara Cəmiyyəti bundan sonra da zəruri ərzaq və qeyri-ərzaq yüklərinin
öz mandatına uyğun olaraq təyinatı üzrə çatdırılmasında bütün lazımi dəstəyi
verməyə hazırdır.
AzQAC
neytrallığını və qərəzsizliyini bildirərək, Ermənistan Qızıl Xaç Cəmiyyətinin
mövcud vəziyyətdə fəaliyyətini qiymətləndirir və uğurlar arzulayır.
Bir daha
vurğulayırıq ki, Beynəlxalq Humanitar hüquqa əsaslanan fəaliyyətimiz milli
qanunvericiliyə, Cenevrə Konvensiyaları və ona əlavə edilmiş protokollara,
Sevilya razılaşmasına tam olaraq uyğundur.