29 sentyabr 2023-cü il tarixində AzQAC Qaradağ RB sədri N.Eyvazovun dəstəyilə Qaradağ Gənclər mərkəzində “İlk Yardım, İlk Psixoloji Yardım” mövzusunda seminar təşkil olunub. Seminar AzQAC Sağlamlıq və qayğı şöbəsinin müdiri Əminə Cabbarova və “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova tərəfindən keçirilib. Qaradağ rayonu Gənclər İdman idarəsinin rəisi Elçin Abbasov seminar iştirakçılarını salamlayaraq, AzQAC-la uzun illər əməkdaşlığı vurğulayaraq, seminarın insan həyatı üçün vacib olan mövzuya həsr edilməsini qeyd edib.
Seminar iştirakçılarına İFRC və ÜST 2030-cu il İlk Yardım qlobal
yanaşma, AzQAC həyata keçirdiyi fəaliyyətlər, İlk Psixoloji Yardımın prinsipləri
barədə geniş məlumatlar təqdim edilib. Seminarda Qaradağ rayonunda peşə məktəbinin 20 nəfər şagirdi iştirak edib. Bu kimi seminarların davamlı olması nəzərdə
tutulub.